Modern.az

Elmar Məmmədyarov Belçikaya gedir

Elmar Məmmədyarov Belçikaya gedir

7 Fevral 2012, 18:02

Xarici İşlər Naziri Elmar Məmmədyarov Belçika krallığına səfər edəcək. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. E.Abdullayev bildirib ki, Elmar Məmmədyarov  fevralın 8-də  Avropa Xalq Partiyasının təşkil etdiyi “Avropa İttifaqı – Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfransda iştirak etmək məqsədilə Belçika Krallığına səfər edəcək.

Nazirlik rəsmisi onuda qeyd etdi ki, səfər zamanı Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulub.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal