Modern.az

Şəkidə qarın qalınlığı 40 sm-yə çatıb, məktəblərdə tədris pozulub

Şəkidə qarın qalınlığı 40 sm-yə çatıb, məktəblərdə tədris pozulub

8 Fevral 2012, 12:35

Azərbaycanı bürüyən qar və çovğunun dağ rayonlarında daha ciddi fəsadlar yaratması şübhəsizdir.

Modern.az dağ rayonlarında vəziyyəti öyrənmək üçün bu rayonların deputatları ilə əlaqə saxlayıb.

114 saylı Şəki kənd birinci seçki dairəsinin deputatı Əli Məsimlinin köməkçisi Vusal Baxışov  bildirib ki, qarın çox yağmasına baxmayaraq hələlik Şəkidə fövqəladə bir hadisə baş verməyib: “Kəndlərdən də ciddi problem olduğu barədə siqnal yoxdur. Rayonun mərkəzində  işıq, qaz məsələsində də əsaslı problem yoxdur. Hazırda Şəkidə  35-40 santimetr  qar var, indinin özündə də  qar yağır, yollar buz bağlayıb. Rayonun bəzi kənd məktəblərində dərslər dayanıb”.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal