Modern.az

Lerikdə də enerji problemi yaranıb

Lerikdə də enerji problemi yaranıb

8 Fevral 2012, 12:53

Lerikdə Azərbaycanı bürüyən qar və çovğunun dağ rayonlarında daha ciddi fəsadlar yaratması şübhəsizdir.

Modern.az dağ rayonlarında vəziyyəti öyrənmək üçün bu rayonların deputatları ilə əlaqə saxlayıb.

78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovun köməkçisi Elman Rəcəbov saytımıza deyib ki, rayonda qalın qar var.
“Amma hava yaxşıdı, hazırda qar yağmır. Rayon mərkəzində qaz, su, işıq təchizatında ciddi problem yoxdur. İndiyə qədər nə Rayon Fövqəladə Hallar Komissiyasına, nə də deputat İqbal Məmmədova hansısa problemlə bağlı müraciət olunmayıb”.

Modern.az saytının bölgədəki əhalidən aldığı məlumata görə, Lerik kəndlərinin bəzilərində işıqlar sönüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal