Modern.az

Sabah Azərbaycanda 24-30 dərəcə şaxta olacaq – PROQNOZ

Sabah Azərbaycanda 24-30 dərəcə şaxta olacaq – PROQNOZ

8 Fevral 2012, 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 9-da gündüz yağıntıda qısa müddətə fasilə olacağı, ayın 9-da axşam, 10-da arabir qar yağacağı gözlənilir. Fevralın 10-u gündüz şimal-qərb küləyi yenidən güclənəcək.

Fevralın 9-da Bakıda və Abşeron yarımadasında gündüz yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. 
Havanın temperaturunun gecə 8-13 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında fevralın 9-da gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 19-24 dərəcə şaxta, gündüz 7-12 dərəcə şaxta təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.


Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal