Bakıda yolların buz bağlaması səbəbindən ictimai nəqliyyatın hərəkətində ciddi problem yaranıb.
Ancaq “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbri Pünhan Mürsəliyev Modern.az saytına açıqlamasında Bakının mərkəzi yollarında vəziyyətin yaxşı olduğunu deyib. O qeyd edib ki, hazırda yollarda vəziyyət yaxşıdı.
“Mərkəzi yollar qardan təmizlənib, buzlaşma yoxdu. Hazırda yolun hərəkət hisələrində “Azəryolservis”in bütün texnikası və heyəti Bakı şəhərində avtomobil yollarının qardan təmizlənməsinə cəlb olunub. Çovğunlu hava nəqliyyatın hərəkətinə belə imkan vermir. Bütun bunlara baxmayaraq biz yenə də çalışırıq”.
P.Mursəliyev Bakı şəhərindəki məhəllələrarsı yollara “Azəryolservis” ASC-nin baxmadığını deyib: “Biz məhəllələrarası yollara baxmırıq, onların bizə aidiyyatı yoxdu. Biz ancaq prospekt və küçələrə baxırıq”.
Modern.az