Modern.az

Qarlı-çovğunlu hava qəzetləri necə "üşütdü"...

Qarlı-çovğunlu hava qəzetləri necə "üşütdü"...

8 Fevral 2012, 14:06

Bu gün paytaxtı cənginə alan qarlı-çovğunlu hava şəraiti digər sahələr kimi mətbuatın da işin müəyyən əngəllər yaradıb. Belə çətin şəraitdə qəzetlərin hansı çıxmayacaq? Modern.az saytı bunu gündəlil qəzetlərin redaktorlarından soruşub.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev: “Hava şəraiti ilə əlaqadar, əməkdaşlarımız işə gəlməyib. Ona görə qəzetimizin bu günki nömrəsi çıxmayacaq”.

“Üç Nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı: “Qəzetimiz bu gün çıxmayacaq. Redaksiya soyuqdur. İşçilərin çoxu işə gələ bilməyib.”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Havanın qarlı-çovğunlu olması ilə əlaqadar uzaqda yaşayan işçilərimizin bəziləri işə gəlməkdə çətinliklərlə üzləşiblər. Amma bütün bunlara baxmayaraq az əməkdaşımızla, səhifələri azaltmaq şərti ilə  “Şərq” qəzeti bu gün çıxacaq”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz: “Hamımız işdəyik, çalışırıq və qəzetimiz çıxacaq. Tutaq ki, bir ay havalar belə oldu, onda biz qəzet çıxartmamalıyıq?”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov: “Əməkdaşlarımızın hamısı işə gəlməsə də, evdə işləyirlər, materialları internetlə yollayırlar. Qəzetin çıxması üçün materillar hazırlanır. Əgər işıq və digər problemlər ortaya çıxmasa, biz qəzetimizi çıxaracağıq”.

“Kaspi” qəzetinin redaktoru İlham Quliyev: “Qəzetimiz çıxacaq. Amma ola bilsin ki, səhifələri azaldılsın”.

“Yeni Azərbaycan” qəzetinin redaksiyasından bildirdilər ki, onlar da çap olunacaqlar.

“Yeni Musavat”ın  baş redaktoru Rauf Arifoğlu: “İşıqlarımızın sönməsinə baxmayaraq,  generatoru işə salmışıq, işləyirik. Qəzetimiz də çıxacaq”.

“Həftəiçi” qəzetin əməkdaşı Nahid Canbaxışlı:  “Qəzetimiz çıxacaq, hamı işdədir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal