Modern.az-ın xəbər verdiyi kimi, “Avroviziya” mahnı müsabiqəsinin rəsmi saytı olan //www.eurovision.tv-nin Azərbaycanla bağlı yerləşdirdiyi //www.eurovision.tv/page/baku-2012/about/azerbaijan tarixi məlumatlarda kobud təhriflərə yol verilmişdi. Modern.az bildirir ki, adı çəkilən sayt Azərbaycan dövləti barədə yerləşdirdiyi məlumatda ölkəmizin tarixi ilə bağlı etnik toplumun tərkibi barədə ciddi səhvlərə yol verərək qeyd etmişdiki, qədim Azərbaycanın ən güclü tayfa dövləti Midiya tayfaları müasir kürdlərin əcdadları olub.
halbu ki, tarixi faktlardan bəllidir ki, Midiya (Mada) e.ə. 728-ci ildən – e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, Şərqdə ilk imperiya olub. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazilərində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilib, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir edib. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan Şərqdə və Cənub-Şərqdə yerləşən vilayətlərdə təşəkkül tapıb və bu tayfaların kürdlərlə bağlılığı olmayıb.
“Eurovision -2012” Mahnı Müsabiqəsinin Azərbaycandakı İşçi Qrupunun PR və kommunikasiya rəhbəri Tahir Məmmədov Modern.az saytına bildirib ki, dünənə qədər eurovision.tv saytında Azərbaycanla bağlı yer alan yanlış məlumatlat artıq oradan çıxarılıb.
“Həmin materialla tanış olduqda bəzi məqamlar bizi də qane etmədi və bununla bağlı iradlar bildirlidi, məsələ tezliklə öz həllini tapdı”.
T.Məmmədovun sözlərinə görə, Azərbaycanla bağlı tarixi həqiqətləri əks etdirməyən həmin məlumat artıq eurovision.tv saytından çıxarılıb.
Tahir Məmmədov deyib ki, sözügedən material hazırlanarkən məlumatlar beynəlxalq ensiklopediya hesab olunan Vikipediya-dan götürülüb.
Qeyd edək ki, eurovision.tv saytında Azərbaycanla bağlı yer alan yanlış məlumat barədə ilk dəfə Modern.az saytı məqalə ilə çıxış etdi və bundan sonra Azərbaycan tərəfi məsələyə ciddi reaksiya verərək səhvin düzəldilməsini tələb etdi.
Modern.az