Modern.az

Gədəbəyə gedən yol bağlanıb, Şəkidə damlar qara tab gətirmir

Gədəbəyə gedən yol bağlanıb, Şəkidə damlar qara tab gətirmir

Təhsil

8 Fevral 2012, 20:13

Şəkidə hələ də güclü qar yagır. Yollar buz bağlayıb. Bu barədə Modern.az saytına Şəkinin deputatı Əli Məsimlinin rayondakı ofisindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, artıq qarın çox yağması evlərin və ticarət obyektlərinin damını uçurub.

Rayonun Kügürlü kəndində bir evin damı, rayon mərkəzində, Salman Mümtaz küçəsində isə bir ticarət obyektinin damı uçub.
Rayonda olan əməkdaşımız isə onlarla evin damının qarın ağırlığına tab gətirməyərək uçduğuğunu bildirib.

Gədəbəydə də vəziyyət yaxşı deyil. Bölgədən seçilmiş deputat Sevinc Hüseynovanın rayondakı ofisindən heç bir problemin olmadığı bildirilsə də, rayona gedən Yasamal açırımının bağlandığı bilidirilir.

Hər iki rayonda işıq, qazla bağlı böyük problemin olmadığı da qeyd edilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal