Modern.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2012-ci ilin 1 yanvar tarixinə:
1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.