Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələrinin, o cümlədən xüsusi təyinatlı (müdafiə, milli təhlükəsizlik və sərhəd xidməti istisna olmaqla) orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə verilib.
Modern.az