Modern.az

Bu günün hava proqnozu – quru şaxta üşüdəcək

Bu günün hava proqnozu – quru şaxta üşüdəcək

Təhsil

9 Fevral 2012, 11:56


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 9-da ölkə ərazisində gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 0-5 dərəcə şaxta, dağlarda 7-12 dərəcə şaxta təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında gündüz yağıntıda fasilə olacağı gözlənilir. Temperatur 0-3 dərəcə şaxtanı göstərəcək. Bakıda gündüz 3-5 dərəc şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir.
Temperaturun gündüz 7-12 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Temperaturun gündüz 0-4 şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir.
Temperatur gündüz 2-7 dərəcə şaxta, dağlarda 8-13 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Temperatur gündüz 0-5 dərəcə şaxta göstərəcək. Yollar buz bağlayacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağmasının gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gündüz 0-4 dərəcə şaxta, dağlarda 5-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Modern.az
 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal