Modern.az

TQDK-dan abituriyentlər üçün daha bir yenilik

TQDK-dan abituriyentlər üçün daha bir yenilik

Təhsil

9 Fevral 2012, 12:04

Modern.az saytının məlumatına görə, Azercell abonentləri ilə yanaşı artıq Bakcell abonentləri də elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə edə bilərlər. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell və Bakcell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal