Azərbaycan Xarici İşlər Nazirliyinin “YouTube” (Azerbaijan MFA - Press Service) kanalı yaradılıb. Bu barədə Modern.az-a XİN mətbuat xidmətindən məlumat verilib.
“XİN-in “YouTube” kanalının yaradılması ilə xarici siyasətimizdə baş verən mühüm hadisələrin, Xarici İşlər Nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının video çəkilişlərinin izləyicilərə çatdırılması təmin olunacaqdır.
“YouTube” kanalına bu linklə (www.Youtube.com/MFAAzerbaijan) daxil ola bilərsiniz”-deyə mətbuat xidməti bəyan edib.
Modern.az