Modern.az

Azərbaycan Ümumdünya Su Forumuna hazırlaşır

Azərbaycan Ümumdünya Su Forumuna hazırlaşır

Təhsil

9 Fevral 2012, 16:49

Fevralın 2-3-də Parisdə 6-cı Ümumdünya Su Forumuna son hazırlıq iclası keçirilib. 110 ölkədən nümayəndələrin qatıldığı iclasda martın  12-17-də Fransanın Marsel şəhərində keçiriləcək Su Forumuna hazırlıqla bağlı müzakirələr aparılıb. İclas iştirakçıları forumda qəbul ediləcək “Əməkdaşlıq proseslərinin razılaşma sənədi” üzrə müzakirələri başa çatdırıb. Razılaşma sənədində hər bir fərdin su təchizatı və sanitariya hüququnun təmin edilməsi, su və sağlamlıq, su və yaşıl planet, su və ərzaq təhlükəsizlikliyi, su və energetika, su ilə bağlı təbii fəlakətlər, su və şəhərsalma, su təchizatının düzgün idarə olunması, maliyyələşdirilməsi və inkişaf üçün əlverişli mühitin təmin edilməsi üzrə çoxşaxəli problemlər araşdırılmış, problemlərin  həll yollarının əsas istiqamətləri müəyyən edilib. Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən transsərhəd su obyektlərinin qorunması və razılaşdırılmış istifadəsinin zəruriliyi sənəddə xüsusilə qeyd edilib.

Qeyd edək ki, tədbirdə Azərbaycanı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil edib. Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəallığı ilə seçilib  və onların təkliflərinin bir qismi yekun sənəddə nəzərə alınıb.
6-cı Ümumdünya Su Forumunda  Azərbaycan nümayəndə heyətinin   “Transsərhəd sular” və “Su və sağlamlıq”, “Yüksək Səviyyəli  dəyirmi masa” adlı müzakirələrdə iştirakı nəzərdə tutulur.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal