Modern.az

Vergilər Naziyliyi 396 vergi ödəyicisinin ölkədən getməsini yasaqlayıb

Vergilər Naziyliyi 396 vergi ödəyicisinin ölkədən getməsini yasaqlayıb

9 Fevral 2012, 17:39

2011-ci ilin yekunları üzrə Azərbaycanda vergi ödəyicilərinin təxminən 70-80 faizi öz vergi öhdəliklərini vaxtında yerinə yetiriblər.

Bu gün Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunda çıxış edən Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi İlkin Vəliyev bu barədə bildirib.

O qeyd edib ki, bu, nazirliyin vergi ödəyicilərini maarifləndirmək məqsədilə apardığı daimi işin, habelə elektron xidmətlərin geniş spektrinin təqdim edilməsinin nəticəsidir.

Nazirlik rəsmisi öhdəliklərini vaxtında yerinə yetirməyən vergi ödəyicilərinin 20-30 faizinə qarşı xəbərdarlıq üzrə ilkin tədbirlər tətbiq edildiyini də dilə gətirib: “Həmin vergi ödəyicilərinin təxminən 73 faizinin borcu min manatı ötmür və maarifləndirici tədbirlər nəticəsində il ərzində borcluların sayının 20 faizə qədər azaldılmasına nail olunub. Azərbaycanın dövlət büdcəsinə vergi borcu olan 396 vergi ödəyicisinə qarşı ölkədən çıxmaq qadağası tətbiq edilib. Bu tədbirlər nəticəsində bu borcluların 61 faizi öz borclarını ödəyiblər”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?