Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, fevralın 10-u da yağıntılı keçəcək.
Belə ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək istini, axşama doğru 5 dərəcəyədək şaxtanı göstərəcək. Bakıda gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir. Temperaturun gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gündüz 2-7 dərəcə şaxta, dağlarda 7-10 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gündüz 0-3 dərəcə şaxta, dağlarda 3-7 şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Modern.az