Tiflisdə 2006-cı ildə vəfat edən Zurab Vazaqaşvilinin xatrəsini yad etmək üçün aksiya keçirilib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, aksiyada müxalifətin, ictimaiyyətin nümayəndələri, vəkillər və hüquq müdafiəçiləri iştirak ediblər. Onlar asfalt üzərinə prezident Mixail Saakaşvilinin portretini sərərək onun üzərindən yeriyiblər.
Zurab Vazaqaşvili və daha bir Gürcüstan vətəndaşı 2006-cı ilin may ayında polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüblər. Amma öldürülənlərin ailələri, müxalifət və hüquq müdafiəçiləri rəsmi versiyalara inanmayaraq iddia edir ki, polis öz səlahiyyətlərini aşıb. 2007-ci ildə isə fakt üzrə təhqiqat aparılaraq cinayətkarların saxlanılması zamanı qanun pozuntusuna yol vermədiyi haqda qərar çıxarılıb.
Kür çayının sahilindəki keçmiş tennis meydançasında keçirilən aksiyaya Saakaşvilinin qatı əleyhdarı, iş adamı Bidzin İvaişvili də qoşulub. O, bəyan edib ki, Gürcüstanda haqq-ədalət bərpa olunacaq və son zamanlar törədilən qətllərin günahkarları ortaya çıxarılacaq. Oliqarx Saakaşvilidən dərhal araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını tələb edib. Bundan sonra İvaişvili də Saakaşvilinin portertini tapdalayıb.