Modern.az

Azərbaycan «Eurovision-2012»nin keçirilməsinə 63 mln. dollar ayıracaq

Azərbaycan «Eurovision-2012»nin keçirilməsinə 63 mln. dollar ayıracaq

Təhsil

10 Fevral 2012, 13:41

Bu ilin may ayında Bakıda «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat (63,3 mln. ABŞ dolları) ayrılacaq.

«APA-ECONOMICS»in məlumatına görə, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanda «Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü» təsdiqlənib. 

Sərəncama əsasən, 2012-ci ildə bu məqsədlərlə dövlət büdcəsində 77 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 50 mln. manatı «Eurovision-2012» Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə sərf ediləcək. Qalan 27 mln. manat isə digər tədbirlərin keçirilməsinə xərclənəcək. 

Sərəncama əsasən, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə 5,4 mln. manat, Diaspor üzrə Dövlət Komitəsinə 3,8 mln. manat, İqtisadi İnkişaf Nazirliyinə 2,9 mln. manat, Xarici İşlər Nazirliyinə 2,6 mln. manat, Milli Məclisə 828 min manat və s. ayrılacaq. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal