Modern.az

Turşudan zəhərlənmədən ölüm hadisələri baş verib

Turşudan zəhərlənmədən ölüm hadisələri baş verib

Təhsil

13 Fevral 2012, 13:31

Azərbaycanda turşudan zəhərlənmə hadisələri ölümlə nəticələnib. Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 11-də Beyləqan rayonunun Allahyarlı kənd sakini Elməddin Şirinovun evində özü və qonaqları Seymur Şirinov, Zaur Allahverdiyev və Fariz Qurbanov turşudan zəhərləniblər. F.Qurbanov xəstəxanaya aparılarkən yolda ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Fevralın 10-da isə Göygöl rayonunun Xanlar qəsəbə sakini Tamilə Bağırova evində pomidor turşusundan zəhərlənərək ölüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal