Modern.az

Mehmanxana adlarından yalnız 15,7%-i Azərbaycan dilindədir

Mehmanxana adlarından yalnız 15,7%-i  Azərbaycan dilindədir

Təhsil

13 Fevral 2012, 15:00

Söz Azadlığını Müdafiə Fondu (SAMF) dövlət dilinin qorunması istiqamətində növbəti monitorinqi həyata keçirib. Monitorinq Mədəniyyət və Turizim Nazirliyinin rəsmi internet resursunda (//mct.gov.az/) əks olunan  məlumatlar əsasında baş tutub.

Belə ki, fond adıçəkilən saytda rəsmi qeydiyyatdan keçən 57 mehmanxana, 137 turizim şirkəti və 48 restoran adlarının hansı dillərdə qeydiyyata alınıb fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, mehmanxanalardan yalnız 15,7%-i  Azərbaycan, 84,3-i əcnəbi dildə qeydiyyata alınıb.

137 turizm şirkətindən  17,5%-i  Azərbaycan dilində, digər 82,5 % isə xarici dildə yazıldığı müəyyən edilib.

Ölkəmizdə fəaliyyət göstərən və  adları rəsmi internet resursa salınan 48 restoran adından 33,3%-i Azərbaycan, 66,7 % - əcnəbi dildə qeydiyyata alınıb. 

Beləliklə, ümumilikdə götürdükdə,  monitorinq 242 xidmət obyektini əhatə edib. Xidmət obyektlərinin ad yazılışılarının yalnız 20,2%-i dövlət dilində həyata keçirilib. 79,8 % -i isə ancaq əcnəbi dillərdə qeydiyyatdan keçib.      

Xatırladırıq ki, SAMF  bir müddət öncə layihənin tərkib hissəsi olaraq analoji problemlərin – Azərbaycanda dövlət dilinin qorunması ilə bağlı “küçə və prospektlərdə reklam adlarının yazılışı” və “idxal olunan əmtəə mallarının üzərində Azərbaycan dilində izahların yazılması vəziyyəti”nin monitorinqlərini həyata keçirib.

SAMF dövlət dilinin qorunması ilə bağlı monitorinqlərini bundan sonra da  davam etdirmək niyyətindədir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal