Modern.az

İki siyasi qurum Bakının qışa hazırlığını pisləyən bəyanat verdi

İki siyasi qurum Bakının qışa hazırlığını pisləyən bəyanat verdi

Təhsil

13 Fevral 2012, 15:10

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının  mənzil  qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət  Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib.

Qurumdan Modern.az-a bildirlib ki, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.

DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.

Yığıncaqda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.

Respublikada qışa hazırlığın vəziyyətini müzakirə edən DCUMH İdarə Heyəti bəyanat qəbul edib.

Bəyanatda deyilir:
“Korrupsiyaya və rüşvətə qurşanmış icra orqanları ənənəvi olaraq yenə də qışa hazırlıqsız olduqlarını göstərdilər. Yol, nəqliyyat, qaz, işıq, su problemləri ilə üzləşən Azərbaycan vətəndaşları aidiyyatı nazirliklərin bir-birini ittiham etməsinin və bir-birinə güc göstərməsinin də şahidi oldular. Bu hal hakimiyyətin tərkibində mərkəzdənqaçma meyllərinin olduğunu və vahid mərkəzdən idarəetmənin olmadığını göstərdi.

DCUMH  Azərbaycandakı problemlərin qısa zamanda aradan qaldırılmasını hakimiyyətdən tələb edir”.

Yığıncaqda İdarə Heyəti üzvləri arasında iş bölgüsü aparılmışdır.

DCUMH-un Məclisinin ilk sessiyasının 2012-ci ilin mart ayında keçirilməsi qərar alınmışdır.

Yığıncaqda DCUMH-un fəaliyyət proqramı müzakirə edilib.

Qarabağ Forumuna hazırlıqla bağlı DCUMH-un növbəti toplantısı 2012-ci il fevral ayının 17-də saat saat 15.00-da KXCP-nin mənzil qərargahında  keçiriləcək.

***

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin də növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin iclasında müzakirəyə çıxarılan əsas məsələ isə ölkə ərazisində havaların şaxtalı keçdiyi dövrdə su, təbii qaz, elektrik enerjisi və digər sahələrdə yaranmış  problemlərlə bağlı olub. Bununla bağlı İdarə Heyətinin qəbul etdiyi açıqlamada deyilir:
"Azərbaycan höküməti Azərbaycan xalqı qarşısında hesabatlı olduğunu üçün havaların şaxtalı keçdiyi dövrdə ölkə ərazisində baş vermiş problemlərin araşdırılması üçün ən azı Nazirlər Kabineti səviyyəsində müvafiq komissiya yaradılmalı, problemlərə yol açan səbəblər araşdırılmalıdır. Araşdırmalar başa çatdıqdan sonra baş vermiş hadisələrin səbəbləri barədə ictimaiyyətə məlumat verilməli, öz vəzifə səlahiyyətlərini yerinə yetirə bilmədikləri üçün nöqsanlara yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılmalıdır".

BAXCP İdarə Heyəti hesab edir ki, hökümət oxşar problemlərin təkrarlanmaması üçün müvafiq tədbirlər planı hazırlayaraq həyata keçirməli və bu barədə ictimaiyyəti məlumatlandırmalıdır.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal