Modern.az

Fevralın 20-nə soyuq hava proqnozu

Fevralın 20-nə soyuq hava proqnozu

19 Fevral 2012, 20:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti fevralın 20-nə gözlənilən hava şəraitinə dair proqnoz verib.

Belə ki, fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 0-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 4-8 dərəcə, gündüz 0- 4 dərəcə şaxta, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 4-8 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 0-3 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 0-2 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə  şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal