Modern.az

Müsavatın qurultayı təxirə salınıb

Müsavatın qurultayı təxirə salınıb

20 Fevral 2012, 17:49

Müsavat Partiyası bi il martın 3-4-də keçirməyə hazırlaşsdığı qurultayı qeyri-müəyyən vaxta təxirə salıb.
Bu barədə Modern.az-a partiyadan məlumat verilib.
Bildirilib ki, bu addımı atmağa səbəb hakimiyyətin müsavata öz qurultayını keçirmək üçün yer verməməsidir.
Qeyd edək ki, Müsavat Partiyası qurultayın keçirilməsinə yer ayrılması üçün bir müddət öncə  Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi. Həmin müraciətdə martın 3-4-də keçirilməsi planlaşdırılan qurultay üçün Əli Oyunları İdman Sarayının ayrılması istənilmişdi. Amma şəhər meriyası müraciətə rədd cavabı verdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal