Modern.az

“Azərsu” Nəsimi və Nərimanov rayonlarının suyunu kəsib

“Azərsu” Nəsimi və Nərimanov rayonlarının suyunu kəsib

21 Fevral 2012, 11:03

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Bu məqsədlə Bakı şəhəri Nəsimi rayonu  3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir. Bununla əlaqədar fevralın 21-də  gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   

Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal