Modern.az

60 yaşlı keçmiş deputata “Şöhrət” ordeni verildi

60 yaşlı keçmiş deputata “Şöhrət” ordeni verildi

21 Fevral 2012, 21:43

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Səlahəddin Sədrəddin oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.

Modern.az-ın məlumatına görə, fevralın 22-də fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun ad günüdür, onun 60 yaşı tamam olur.
S.Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olub.
1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoyub, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan “Azərbaycan” Universitetini təsis edib.
2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
S.Xəlilov 2009-cu ildən AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının sədridir.
2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal