Fevral ayının 26-da Azərbaycanın bütün kinoteatrlarında ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin "Xoca" filminin nümayişi başlayacaq.
ANS-in məlumatına görə, bu film - uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir.
Bu film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan "soyqırımı" haqqındadır. Fevral ayının 26-da, 20 il öncə gecə bu dəhşətli faciə törədildi. Bəllidir ki, bütün ədalətsiz işlər məhz gecələr törədilir.
Vahid Mustafayevin yeni filmi müəllifi olduğu, bizim bilməli və xatırlamalı olduğumuz Azərbaycanın yeni tarixinin səhifələrindən biridir.
Beləliklə, "Xoca" filmi fevralın 26-da ölkənin bütün ekranlarında olacaq.
Modern.az