Modern.az

ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxudu

ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxudu

22 Fevral 2012, 15:05

Fevralın 22-də Azərbaycan Dillər Universitetində  ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşüb.
ADU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Koray Tarqay Azərbaycanın ATƏT-ə üzv olmasının 20 illiyi ilə əlaqədar keçdiyi yol haqqında  mühazirə ilə çıxış edib. Öncə ATƏT-in fəaliyyəti haqqında qısaca danışan Koray Tarqay  qurumun  57 üzvünün olduğunu bildirib. O, hazırda ATƏT-in Bakı ofisində 50-ə yaxın əməkdaşın çalışdığını iştirakçıların nəzərinə çatdırıb.
Ofisin rəhbəri Azərbaycanın ATƏT-ə 1992-ci ildə üzv olmasına baxmayaraq həyata keçirdiyi layihələri 2000-ci ildən etibarən gücləndirdiyini qeyd edib.

Koray Tarqay  ATƏT-in həyata keçirdiyi digər  layihələr haqqında tələbələrə məlumat verib. Hər il 80-90-a yaxın layihə hazırlandığını və bunların çoxuna müsbət cavab aldıqlarını deyib.  O, keçən il Azərbaycanda gənclər üçün təşkil olunmuş bir neçə layihə haqqında danışıb və tələbələrə belə layihələrdə  iştirak etmələrini məsləhət görüb. Bundan başqa ATƏT-in Bakı ofisinin rayonlarda da xidmət göstərdiyini vurğulayıb. 

Tədbirdə çıxış edən fakültə dekanı Məcid Əliyev ofisin rəhbərinə təşəkkürünü bildirib və Azərbyacan Dillər Universitetində görməkdən məmnun olduğunu qeyd edib.
Sonda tələbələrin sualları cavablandırılıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal