Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğal olunmuş Xocalı şəhərinin yerlə-yeksan olunmasının 20 illiyidir. Modern.az xəbər verir ki, BBC-nin Dağlıq Qarabağa ezam edilmiş müxbiri Xocalıda olub, burada məskunlaşdırılan ermənilərlə söhbət edib. Jurnalist deyir ki, indi bu şəhəri ermənilər Xocalı kimi deyil, İvanyan adı ilə tanıyırlar. BBC-nin Azərbaycan bölməsinin yaydığı videoda jurnalistin Xocalıdan çəkdiyi görüntüləri izləyə bilərsiniz.