Modern.az

Fuad Muradov Avropada Xocalı soyqırımına dair məruzə söyləyəcək

Fuad Muradov Avropada Xocalı soyqırımına dair məruzə söyləyəcək

24 Fevral 2012, 13:16

Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq ölkəmizlə yanaşı Azərbaycandan kənarda da bir sıra tədbirlər həyata keçirilir.

Fevral ayının 26-27-də Heydər Əliyev Fondu və “Xocalıya ədalət” kampaniyasının təşkilatçılığı ilə Latviya və Estoniyada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçiriləcək.

İlk olaraq fevralın 26-da Latviyanın paytaxtı Riqa  şəhərində təbdir olacaq. Tədbirdə "Avronest" PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, millət vəkili Fuad Muradov, bu ölkədə fəaliyyət göstərən diaspor nümayəndələri, Latviya Parlamentinin deputatları, ictimai və siyasi xadimlər iştirak edəcəklər. Tədbirdə millət vəkili Fuad Muradov Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış edəcək.

Fevral ayının 27-də növbəti tədbir Estoniyanın paytaxtı Tallin şəhərində baş tutacaq. Bu tədbirdə Estoniyanın parlament nümayəndələri ilə yanaşı Avropa Parlamentinin deputatları, siyasi xadimlər də iştirak edəcəklər. "Avronest" PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri, millət vəkili Fuad Muradov “Xocalı soyqırımı beynəlxalq qanunvericilikdə” mövzusunda məruzə ilə çıxış edəcək. Tədbirdə Avropa Şurası Parlament Assambleyası  Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin də məruzəsi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal