Xocalı soyqırımın 20-ci ildönümünə həsr edilən, 26 fevralda keçiriləcək yürüşlə bağlı Bakının bəzi küçə və prospektlərində məhdudiyyətlər olacaq.
Bakı şəhər Dövlət Yol Polisinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 26-da Azadlıq meydanı, Neftçilər prospekti ilə Xocalı parkı istiqamətində səhər saat 07.30-dan yollar bağlanacaq. Eyni zamanda Azneft dairəsindən Neftçilər prospekti ilə hər iki istiqamətdə, Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Nobel prospektləri, 10-cu zavod, Cavanşir körpüsü, Puşkin, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, M. Mehdizadə, Ayaz İsmayılov və Tağızadə küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu yollar yürüş başa çatanadək bağlı qalacağından yol polisi sürücüləri alternativ yollardan istifadə etməyi tövsiyyə edib.
Modern.az