Fevralın 26-da Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş yürüş keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları Mübariz Qurbanlı, Musa Qasımlı, Çingiz Qənizadə, Rövşən Rzayev, Jalə Əliyeva, Fazil Mustafa iştirak edəcəklər.
İstanbulun Taksim meydanında baş tutacaq aksiyaya ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri qatılacaqlar. Tədbirdə Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı müraciətlər səsləndiriləcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, səfər fevralın 27-də başa çatacaq.
Digər məlumata görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da fevralın 26-dan 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq. Deputat burada Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçiləcək tədbirdə iştirak edəcək.
Modern.az