Bu gün Caspian Plaza otelinin konfrans zalında Xocalı faciəsinə həsr edilmiş www.xocali.org saytının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki. bu sayt Xocalı haqda olan digər saytlardan öz məzmunu ilə fərqlənir.
Sayt ingilis, rus və fransız dillərində hazırlanıb. Saytın ziyarətçiləri burada Xocalı faciəsinin bütün mərhələləri ilə tanış
ola bilərlər.
Saytın xüsusi maraq doğuran bölmələrindən biri - erməni tərəfinin saxtakarlıqlarının analiz olunduğu və ifşa edildiyi bölmədir.
Həmçinin saytda olan foto bölməsində bir çox unikal, bu günə qədər faktiki olaraq heç yerdə yayımlanmamış fotoşəkilləri görmək olar.
Saytın hazırlanması prosesində xarici jurnalistlərin verdiyi məlumatlardan və beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında yer alan məlumatlardan geniş istifadə edilib.
Saytda Xocalı haqqında olan bir çox erməni iddiası analiz edilir və bu iddialara tutarlı cavablar yer alıb.
Sayt veb təhlükəsizlik üzrə ekspert, www.myazerbaijan.org, www.garadaghli.org, www.armterror.info saytlarının yaradıcısı Nail Vəliyev və KİV və PR texnologiyaları üzrə ekspert, www.gulustan.ws analitika və informasiya saytının sahibi və redaktoru Əli Hacızadə tərəfindən hazırlanıb.