Modern.az

Sabir Rüstəmxanlının partiyasında gənclərin sədri istefa verdi

Sabir Rüstəmxanlının partiyasında gənclərin sədri istefa verdi

24 Fevral 2012, 14:50

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Toplantıda Xocalı soyqırımı, 4 mart mitinqinə hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib.

Xocalı soyqırımının 20-ci il dönümü ilə bağlı Baba Qamətli çıxış edib, erməni silahlı birləşməlrinin törətdikləri vəhşiliklərdən danışıb. Gənclər İctimai Palatanın fəalları ilə Xocalı abidəsinin ziyarət edilməsinə qərar veriblər.

Təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Pünhan İmamlı  isə 4 mart mitinqi ilə bağlı məlumat verib və mitinqə hazırlıq işlərinin normal getdiyini vurğulayıb.

Daha sonra təşkilati məsələlər müzakirə edilib. 2 Məclis üzvü görəvindən azad edilib, həmin yerlərə Anar Polad və Elçin İmanov seçiliblər.

Həmçinin VHP Gənclər Təşkilatının sədri Emil Bağırovun istefası qəbul edilib.

Sədrin istefası növbədənkənar konfransı aktuallaşdırdığı üçün Nicat Kamalın sədrliyi ilə konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Müvəqqəti olaraq sədrin səlahiyyətlərinin icrası Baba Qamətliyə həvalə edilib. M.Əhmədin təqdimatı ilə Murad Əhməd birinci, Pünhan İmamlı təşkilati, Nicat Kamal ictimai-siyasi, Türkel Əliyev beynəlxalq, Pərviz Həsənov isə mətbuatla iş üzrə müavin əvəzi, Elvin Hüseynov isə katib seçilib. 

Sonda təşkilat Məclisinin Baba Qamətli, Murad Əhməd, Xalid Hidiyev, Pünhan İmamov, Pərviz Həsənov, Türkel Əliyev, Nicat Kamal, Elvin Hüseynov və Salman Huseyndən ibarət yeni Şurası da müəyyənləşdirilib. Məlumat Modern.az-a VHP mətbuat katibliyindən verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal