Modern.az

Daxili İşlər Nazirliyi intihar faktı barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi intihar faktı barədə məlumat yaydı

24 Fevral 2012, 19:04

Fevralın 24-də, saat 10.00 radələrində, Şirvan şəhərinin sakini, əvvəllər Cinayət Məcəlləsinin quldurluq, qanunsuz olaraq odlu silah və narkotik vasitələr saxlama maddələri ilə üç dəfə məhkum olunmuş Mehdiyev Vaqif  Təzəxan oğlu Salyan rayon Prokurorluğunun qarşısında özünü yandırmağa cəhd edib, lakin polis əməkdaşları tərəfindən bunun qarşısı alınıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki,  hadisə ilə bağlı toplanmış materiallar Salyan rayon Prokurorluğuna göndərilib.

Həmçinin müəyyən olunub ki, Cəlilabad rayon sakini Elçin Qurbanov fevralın 22-də ərizə ilə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək ayrı-ayrı vaxtlarda işlədiyi mağazaya gələn tanımadığı iki nəfərin və qohumu Vaqif  Mehdiyevin  sonuncudan pul borcunu tələb edəcəyi təqdirdə onu öldürməklə hədələdiyini bildirib.

Fakt üzrə Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal