Modern.az

AFFA-nın rəhbərliyinə iddialı bütün namizədlər bəlli oldu - SİYAHI

AFFA-nın rəhbərliyinə iddialı bütün namizədlər bəlli oldu - SİYAHI

25 Fevral 2012, 16:38

Bu il martın 9-da AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki Konfransı keçiriləcək. Konfransda əvvəlcə AFFA rəhbərliyinin hesabatı dinləniləcək, sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Nizamnaməyə uyğun olaraq, artıq assosiasiya prezidentliyinə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin irəli sürülməsi vaxtı başa çatıb.
Modern.az xəbər verir ki, bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına bildirib. Qeyd edib ki, AFFA-nın Nizamnaməsinin 35-ci maddəsinə əsasən, prezident, vitse-prezidentlər və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti 4 ildir. AFFA prezidentinin və İcraiyyə Komitəsi üzvlərinin mandat müddəti bu il başa çatır.
Qeyd etmək istərdim ki, AFFA prezidentinin seçilməsi AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin, İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi isə AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
Prezidentliyə namizəd ən azı AFFA-nın bir üzvü, İcraiyyə Komitəsinə hər bir namizəd isə yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Prezident öz namizədliyini irəli sürmək hüququna malikdir.
Namizədlərin siyahısı artıq AFFA-nın baş katibliyinə göndərilib. Bu siyahı aşağıdakı kimidir:

AFFA prezidentliyinə namizəd

1. Rövnəq Abdullayev – namizədliyini özü irəli sürüb

İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər

1. Rauf Əliyev – «Neftçi» PFK tərəfindən

2. Hafiz Məmmədov – «Bakı» FK tərəfindən

3. Ələkbər Məmmədov – «İnter» PİK tərəfindən

4. Kazbek Tuayev – AZAL FK tərəfindən

5. Cahangir Hacıyev – Bakı Futbol Federasiyası tərəfindən

6. Elmar Qasımov – Futbol Veteranları İttifaqı tərəfindən

7. Mahir Məmmədov – Çimərlik Futbol Federasiyas tərəfindən

8. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

9. Elşad Nəsirov – Futbolsevərlər Birliyi tərəfindən

10. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal