Modern.az

Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibi açıqlanıb - SİYAHI

Azərbaycanda Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibi açıqlanıb - SİYAHI

Təhsil

27 Fevral 2012, 15:18

Nazirlər Kabineti “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası haqqında» qərarında dəyişiklik edib.
Modern.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin təsdiqlədiyi bu dəyişiklikdən sonra Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibi aşağıdakı kimi elan olunub.

«Komissiyanın sədri

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Ramiz Zeynalov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət YolPolisi İdarəsinin rəisi

Komissiyanın üzvləri:

Rəfail Mirzəyev - fövqəladə hallar nazirinin birinci müavini

Musa Pənahov - nəqliyyat nazirinin müavini

Elsevər Ağayev - səhiyyə nazirinin müavini

Qulu Novruzov - təhsil nazirinin müavini

Arif Əsgərov - «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri

Cavid Qurbanov - Azərbaycan Respublikası Nəqliyyat  Nazirliyi «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri

Elşən Hacızadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri

Çingiz Baxişev - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi

Fuad Dadaşov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi

Novruzəli Orucov - Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri

Səttar Mehbalıyev -Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Əsgər Tağızadə - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Yol hərəkəti təhlükəsizliyi kafedrasının müdiri

Xalid Ələkbərov -Bakı Şəhər İcra Hakimiyyəti şəhər təsərrüfatı şöbəsinin müdiri

İsa Deystani - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katibi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal