Modern.az

Azay Quliyev: “Fransa 200 illik demokratiyasını müdafiə etdi”

Azay Quliyev: “Fransa 200 illik demokratiyasını müdafiə etdi”

28 Fevral 2012, 21:16

Fransa Respublikasının Konstitusiya Şurasında qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğvi Fransa ilə Türk dünyası arasında yaşana biləcək dərin bir böhranın qarşısını aldı.

Bunu Modern.az saytına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

Millət vəkili bildirib ki, Fransa Konstitusiya Şurasının fevralın 28-də qəbul etdiyi bu qərar 200 illik tarixə malik Fransa demokratiyasını müdafiə etdi.

”Biz belə olacağını gözləyirdik. Fransa 200 illik demokratiya tarixinə malikdir. Konstitusiya Şurası bu qərarla 1789-cu ildən bəri Fransada hökm sürən söz və fikir azadlığını, demokratik dəyərləri kimlərinsə siyasi ambisiyasına qurban vermədi. Bu, erməni diasporunun dərs alacağı bir qərar oldu”-deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdə Türkiyə və Azərbaycanın birgə hərəkət etməsi lnəticəsiz qalmadı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal