Modern.az

QHT Şurasının üzvlüyünə namizəd: “Gənclər təşkilatlarının təklif və təşəbbüslərini Şura qarşısında qaldıracağam”

QHT Şurasının üzvlüyünə namizəd: “Gənclər təşkilatlarının təklif və təşəbbüslərini Şura qarşısında qaldıracağam”

29 Fevral 2012, 14:26

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə ixtisaslaşmış QHT qrupları üzrə seçkilər başlayıb. Gənclər Təşkilatları Milli Şurasından Şura üzvlüyünə namizəd Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərlidir.

A.Əsgərli 1976-cı ildə Bərdə şəhərində anadan olub. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Bir sıra ali məktəblərdə elmi-pedoqoji fəaliyyətlə məşğuldur. Gənclər Təşkilatları Milli Şurasının sədr müavinidir.
1999-cu ildən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (GTMŞ) sədridir.

A.Əsgərli Modern.az saytına musahibəsində bildirib ki, seçkidə uğur qazandığı halda GTMŞ-nın maraqlarını, quruma üzv olan təşkilatların maraqlarını QHT-lərə Dövlət Dəstəyi Şurasında layiqincə təmsil etməyə çalışacaq:

“Bildiyimiz kimi 2011-ci il Azərbaycanda gənclər siyasəti sahəsində çox uğurlu bir il oldu. Xüsusən ölkə Prezidentinin bu sahəyə böyük diqqət və qayğısı, siyasi iradəsiilə gənclər sahəsinə aid mühüm qərarların qəbul olunması, bir sıra ciddi addımların atılması özünü göstərdi.
2011-ci ildə ölkə başçısının sərəncamı ilə “Azrbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlanması barədə xüsusi fərman verildi. Bu fərmana uyğun işçi qrupu yaradıldı və çox böyük gənclər təşkilatlarının, müxtəlif hökumət strukturlarının iştrakı ilə təkliflər müzakirə olundu və yekunda Prezident tərəfindən belə bir sənəd qəbul olundu. Bu sənədin qəbul olunması onu göstərir ki, ölkə başçısı gənclərin işinə diqqət və qayğıyla yanaşır.
2011-ci ilin yekununda Prezident Azərbaycanda Gənclər Fondunun yaradılması və onun strukturunun təsdiq olunması haqqında sənəd imzaladı. Bu Fondun yaradılmsı dövlət tərəfindən gənclərə qayğı ilə bağlı növbəti uğurlu addımdır”.   

A.Əsgərli deyir ki, gənclər Azərbaycan cəmiyyətində aparıcı qüvvə olduğunu müxtəlif aksiyalarla təsdiq ediblər.

“Bu gün cəmiyyətimizdə bir çox sahələr var ki, orada gənclərin rolu hiss olunmaqdadı. Bu, istər ictimai-siyasi proseslərdə, istərsə də dövlət quruculuğunda, ölkədə müxtəlif islahatların aparılmasında, biznes strukturların inkşaf etdirilməsində görünür. Eyni zamanda bu gün gənclərimiz Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil etməyə başlayıblar. Azərbaycan gəncliyi Azərbaycan dövlətininin adını, onun bayrağını çox yüksək zirvələrə qaldırmağa çalışırlar”.

A.Əsgərli ölkə rəhbərliyi tərəfindən QHT-lərin inkşafına çox böyük dəstək verildiyini qeyd edib. “Bu QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyənin hər il artırılmasında da özünü göstərir”.

Şura üzvlüyünə seçimlərə toxunan müsahibimiz deyib ki, onun namizədliyini irəli sürən ixtisaslaşmış QHT qrupunda 140-dan artıq təşkilat təmsil olunur.
“Bu qrupda 10 namizədin iştrak etməsi gənclərin prosesdə fəal olmasından xəbər verir. Azərbaycanda gənclər təşkilatlarının böyük bir platforması var. Bu platforma 1995-ci ildə yaradılan, bu gün öz ətrafında 70-dən artıq gənclər təşkilatını birləşdirən Gənclər Təşkilatı Milli Şurasıdır.  Milli Şura gənclər təşkilatlarının kordinasiyaedici qurumu kimi Azərbaycan gəncliyini beynəlxalq miqyasda layiqli təmsil edir. Şura  Azərbaycan gənclərinin inteqrasiyası və kordinasiya işini həyata keçirən ən böyük konfedrativ qurum olaraq fəaliyyət göstərir və öz ətrafındakı gənclər təşkilatlarının daimi maraqlarının qorunmasına çalışır.
Şuranın namizədi olaraq bu seçkilərdə iştrak edirəm. Namizədliyimin irəli sürülməsinə görə Gənclər Təşkilatı Milli Şurasında təmsil olunan bütün təşkilatlara, onun sədri, millət vəkili Fuad Muradova, eyni zamanda Milli Şuranın büro üzvlərinə təşəkkürümü  bildirirəm.
Əgər bu seçkilərdə uğur qazanaramsa Gənclər Təşkilatı Milli Şurasının maraqlarını və eləcə də şuraya üzv olan təşkilatların, eyni zamanda Azərbaycanda müxtəlif gənclər təşkilatların maraqlarnı QHT-lərə Dövlət Dəstəyi Şurasında layiqincə təmsil edəcəyəm, qoruyacağam və çalışacağam ki, gənclər təşkilatları proseslərdə yaxından iştrak etsinlər. Bütün proseslərdə gənclər təşkilatlarının təklif və təşəbbüslərini daimi Şura qarşısında qaldıracağam ki, gənclər təşkilatlarının rolu daim artsın, yüksəkdə olsun”.       

Mail Ağaxanov    

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal