Onların arasında əslən azərbaycanlı olan məşhur stilist Romazzo Romanın da olduğu deyilir
Azərbaycandan, Rusiyadan və Ukraynadan Türkiyəyə manken işləmək üçün gətirilən gənc qızlar fahişəliyə cəlb olunurmuşlar. Modern.az türk KİV-lərinə istinadən bildirir ki, bu İstanbul insan alveri ilə bağlı mübarizə şöbəsinin beynəlxalq immiqrant qaçaqçılığı ilə məşğul olan bir şəbəkəni tutmaq üçün təşkil etdiyi əməliyyat zamanı üzə çıxıb.
Məlumatda deyilir ki, insan alverində şübhəli bilinənlər arasında Azərbaycanəsilli məşhur stilist Romazzo Romanın olduğu ortaya çıxıb. Roma haqqında "İnsan alveri" və "fahişəliyə yer təmin etmək” səbəbiylə araşdırma aparıldığı bildirilir. Təxminən 6 ay davam edən izlənmənin nəticəsi olaraq idarə əməliyyat zamanı 10 adamı nəzarət alıtna alıb.
Şübhəlilərin tutulması üçün dünən təsbit edilən bəzi ünvanlarda əməliyyat aparılarkən tutulanlar arasında məşhur stilist Romazzo Romanın adı da ortaya çıxıb. Beş nəfərin xarici vətəndaş olmaqla 10 adamın dindirilməsi və yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı saxta şəxsiyyət vəsiqəsi və pasport istehsalında istifadə edilən vəsaitlər ələ keçirilib.
Dindirmə zamanı məlum olub ki, bu şəxslərin qurduğu cinayətkar şəbəkə Ukrayna, Rusiya və Azərbaycandan manikenlik üçün gətirilən gənc qızları fahişəliyə cəlb edirmiş. Belə ki, moda nümayişindən sonra modellərin pasportlarının əllərindən alındığını və Türkiyədə işlələyəcəkləri vəd edilərək daha sonra zorla fahişəliyə cəlb edilmələri iddia olunur.
Romazzo Roma