Modern.az xəbər verir ki, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşünün martın 7-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək.
XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin görüşündə hər üç dövlət üçün qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regiondakı cari münaqişələrin dinc yolla nizamlanması, bu məqsədlərə çatmaq üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi müzakirə olunacaq.
Türkiyə KİV-lərinin məlumatına görə, görüşdə Cənubi Qafqazdakı cari vəziyyət, iqtisadi artım və davamlı inkişaf hesabına əməkdaşlıq, terrorizm, mütəşəkkil cinayətkarlıq, insane alveri, narkotik və silah alveri ilə mübarizə sahəsində əməkdaşlığının möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.