Modern.az

Rektor Səməd Seyidov baş redaktorları bir yerə toplayır

Rektor Səməd Seyidov baş redaktorları bir yerə toplayır

1 Mart 2012, 12:50

Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin yaranmasının 3 illiyinə həsr olunmuş “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda  dəyirmi masa keçiriləcək. ADU-nun  İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək dəyirmi masaya ölkədə fəaliyyət göstərən  KİV nümayəndələri  də qatılacaq. Azərbaycanda xaricidilli mətbuatın vəziyyətinin əsas müzakirə mövzusu olacaq  dəyirmi masada ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov giriş nitqi ilə çıxış edəcəklər. “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, “Azernews” qəzetinin baş redaktoru Fazil Abbasov və ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova mövzu ilə bağlı məruzə edəcəklər.  

Sonda məruzələr ətrafında müzakirələr aparılacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal