Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanda yanacaqdoldurma məntəqəsində vətəndaşların aldadılması faktının üstü açılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhəri ərazisindəki "Çaldaş" MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində kolonkaların möhürlərinə müdaxilə edilməklə istehlakçıları çəkidə, qiymətdə və keyfiyyətdə aldadılmasının qarşısı alınıb. Həmin məntəqənin vətəndaşları 752,3 manat, həmçinin istehlakçılara Aİ-93 markalı benzini Aİ-95 marka adı ilə sataraq aldatması müəyyən edilib.
Modern.az