Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında yerli sakinlərin kütləvi etiraz aksiyası ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) yaxın saatlarda rəsmi məlumat yayacaq. Bu barədə Modern.az-a DİN-nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır və yaxın saatlarda rəsmi məlumat veriləcək.
Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında yerli sakinlərin kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları bəzi tikililəri yandırıblar, Quba Rayon İcra Hakimiyyətinin binasında pəncərələrin şüşələri sındırılıb. Hadisə yerinə polis çağırılıb, vətəndaşla qarşıdurma baş verib.
Aksiya iştirakçıları RİH başçısı Rauf Həbibovun istefasını tələb ediblər.
Modern.az