Modern.az

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

1 Mart 2012, 15:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumatına görə, sabah- martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək. 

Milli Hidrometeoloji Departamentinin məlumatına görə, fevral ayının 29-da Bakıda çoxillik meteoroloji müşahidələrə görə həmin günə olan sutkalıq rekord göstərici (2008-ci il) təkrarlanıb, havanın maksimal temperaturu 16 dərəcə isti təşkil etmiş, orta sutkalıq temperatur isə iqlim normasından 6 dərəcə yüksək olub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal