Modern.az

Milli Məclisin 5 deputatı Putinin seçkisini izləməyə gedir

Milli Məclisin 5 deputatı Putinin seçkisini izləməyə gedir

1 Mart 2012, 17:45

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, azərbaycanlı parlamentarilər Rusiya Federasiyasında keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün martın 2-dən  7-dək bu ölkədə səfərdə olacaqlar. Səfər zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüstəm Xəlilov Rusiya Federasiyasının Sank-Peterburq şəhərində, millət vəkilləri Elton Məmmədov, Rüfət Quliyev və Mirkazım Kazımov Moskva şəhərində seçki prossesini müşahidə edəcəklər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 4-də keçiriləcək

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal