Modern.az

"Hakikatan ermeniymişsiniz"

"Hakikatan ermeniymişsiniz"

2 Mart 2012, 10:59

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı dünyanın dörd bir yanında təşkil edilən kütləvi tədbirlərin zirvə nöqtəsi şübhəsiz, İstanbulda - "Taksim" meydanında keçirilən yürüş-mitinq idi. İştirakçısı olduğum mitinqə xüsusilə, Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin gəlməsi və çıxış etməsi çoxmənalı bir mesaj idi.

Birincisi, Türkiyə hökumətinin mitinqdə çıxış etmək üçün məhz daxili işlər nazirini seçməsi "Qarabağ problemi bizim də daxili işimizdir" mesajı idi.
İkincisi isə çıxışçı kimi məhz önəmli güc strukturlarından birinin rəhbərinin seçilməsi və hörmətli İdris Naim Şahinin çıxışında "Xocalıda tökülən qanların hesabı sorulacaq" deməsi Ermənistana və onun havadarlarına ciddi mesaj göndərməsi sayıla bilər.

Ümumilikdə götürdükdə isə Türkiyənin ən böyük şəhərində 300 minə yaxın insanın "Xocalıya ədalət" şüarı ilə küçə və meydanları doldurması Azərbaycan xalqı üçün böyük mənəvi dəstək, bir çox suallara cavab idi.

Mitinqdən dərhal sonra Türkiyənin bəzi media qurumlarında bu aksiyanın məqsədinə, önəminə kölgə salmaq məqsədilə təftişçi yanaşmalar özünü göstərməyə başladı. Bu böyüklükdə insanlıq faciəsi və onu törədənlər unuduldu, "Taksim"də hansısa gəncin əlində "irqçi" şüar tutması manşetlərə çəkildi. Aksiyaya "İrqçi mitinq" adı verildi.

Bəs, qabardılan şüarlar hansılardır?

Bir gənc əlində "Hepiniz ermənisiniz!, hepiniz picsiniz" şüarı tutub. Bu şüar əslində ermənilərə deyil, erməni olmayıb mitinqlərdə özlərinə "hepimiz ermeniyiz" deyənlərə yönəlib. Açığı, "Hepiniz ermənisiniz!, hepiniz picsiniz" şüarında bir həqiqət payı var. Əgər bir insan Tanrının ona təyin etdiyi milli mənsubiyyəti danıb, başqa millətin nümayəndəsi olduğunu iddia edirsə, həqiqətən biclik edir.

Bu mənada, mən bu şüarda təhqir, aşağılama, irqçilik elementi görmürəm. Adamlar, erməni olmaya-olmaya özlərinə "erməniyəm" deyillər. Atalar misalı var, "Əslini danan haramzadadır". Bunlar könüllü şəkildə "bic" sözünü öz üzərlərinə görürürlər. Allahın qanunlarına qarşı gedib özlərini başqa qövmə aid etmələri də bir günah.

 İrad tutulan şüarlardan biri "Bir gecə qəfil gələ bilərik!" şüarıdır. Nə var bu şüarda? İşğal olunmuş torpaqların azad edilməsi məsələsi nə zaman Azərbaycanın gündəmindən çıxıb ki? Əlbəttə, uyğun bir şəraitdə Azərbaycan öz torpaqlarının azadlığı üçün hərbi hərəkata qərar verəcək. Bu hərəkat gecə də başlaya bilər, gündüz də.

"İrqçi şüar" kimi qabardılan şüarlardan biri də "Bu gün Taksim, sabah İrəvan"dır. Bu şüarda irqçilik axtaranlar görəsən, məhz özlərinin Azərbaycana və türklüyə qarşı nifrət və kinlə yükləndiklərinin fərqindədilərmi? Bir neçə ay əvvəl əli Xocalı şəhidlərinin qanına batmış Ermənistan prezidenti Serj Sərkisyan gənclərlə görüşdə nümayişkaranə şəkildə "Qarabağı biz aldıq, Ağrı dağını almağı da sizə buraxırıq" söyləmişdi.

Görəsən, indi bir gəncin əlində tutduğu "Bu gün Taksim, sabah İrəvan" şüarının şəklini çəkib qəzet manşetinə qoyanlar, eyni davranışı Sərkisyan məlum bəyanatı səsləndirəndə də etmişdilərmi? Həm də nəzərə alsaq ki, bunu ermənilərin törətdiyi soyqırımdan hiddətlənərək şüar yazan gənc deyil, bir dövlətin prezidenti səsləndirirdi...

Yəqin ki, belə bir reaksiya o zaman olmayıb. Çünki Taksim mitinqini irqçi adlandıranların öz meyarları, öz arşınları var. Bütün bu yanaşmaların arxasında erməni sevgisi, antiazərbaycan və antitürk xisləti dayanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal