Modern.az

Bu gün İranda parlament seçkiləri keçirilir

Bu gün İranda parlament seçkiləri keçirilir

2 Mart 2012, 11:05

Modern.az-ın məlumatına görə, İranda bu gün sayca 9-cu parlament seçkisi keçirilir. Milyonlarla seçicinin və yüzlərlə namizədin qatıldığı seçkidə müxalif islahatçılar mübarizə aparmayacaq. Builki parlament seçkilkərində mübarizə əsasən hazırki prezident Mahmud Əhmədinejad və ölkənin ali dini lideri Ayətulla Əli Xamneyi tərəfdarları arasında gedəcək.

Qeyd edək ki, səsvermə hüququ 18 yaşdan yuxarı olan İranda 48 milyon 288 min 799 seçici parlament seçkiklərində iştirak edə biləcək. Siyasi partiyaların olmadığı İranda yeni parlament uğrunda 3323 namizəd mübarizə aparacaq. Onlardan isə ən çox səs toplamış 290 nəfər deputat mandatına sahib olacaq. Xatırladaq ki, bu gün keçirilən seçkiləri 350-si  xarici olmaqla bütövlükdə 1600 jurnalist işıqlandıracaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal