Modern.az

Təhsil Nazirliyi yeni xidmətə başlayıb

Təhsil Nazirliyi  yeni xidmətə başlayıb

Təhsil

2 Mart 2012, 12:13

Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirlik rəsmi saytında yeni elektron xidmətlər tətbiq edir. Bununla bağlı müvafiq xidmətlər nazirliyin saytında (edu.gov.az) fəaliyyət göstərir. Xidmətlər  interaktiv və informasiya istiqamətləri üzrə bölünüb.

İnteraktiv xidmətlərə ümumi təhsil müəssisələrinə qəbulla bağlı elektron ərizə, tam və ümumi orta təhsil pilləsi üzrə sınaq və yekun buraxılış imtahanların nəticələri haqda məlumatların əldə edilməsi daxildir. Ümumilikdə nazirliyin tətbiq etdiyi elektron xidmətin köməkliyi ilə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün ərizələrin qəbulu, imtahanların keçirilməsi və imtahan nəticələri haqda məlumatların əldə edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə elektron ərizələrin qəbulu, şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların əldə edilməsi (Valideyin Nəzarət Sistemi) sadələşdiriləcək.

Bundan başqa, bölmə vasitəsilə respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələrinə qəbul qaydaları, ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin məktəbdaxili, milli və beynəlxalq qiymətləndirilməsi, təhsil müəssisələrində təhsil alanların təhsil müəssisələrini dəyişmək qaydaları, de-institutlaşma və uşaqların müdafiəsi barədə məlumatların əldə edilməsi, nazirliyinin rəhbər işçiləri ilə əlaqə və s. barədə məlumat əldə etmək mümkündür.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi