Fövqəladə Hallar Nazirliyi (FHN) martın 1-də Qubada baş verən yanğınla bağlı məlumat yayıb. Modern.az bildirir ki, FHN-nin məlumatına görə, Quba şəhərində vətəndaşa (sabiq icra başçısı Rauf Həbibov-red.) məxsus ümumi sahəsi 187 kv.m olan mansarda tipli evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 96 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, habelə hər birinin sahəsi 18 kv.m olan 2 talvarın yanar konstruksiyaları (ümumi 319 kv.m) yanıb. Yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az