Modern.az

Nazirlik müsabiqə keçirir, mükafatlar var

Nazirlik müsabiqə keçirir, mükafatlar var

2 Mart 2012, 12:48

Gənclər və İdman Nazirliyi  2012-ci ilin  mart ayı ərzində 16-29 yaşlı gənclər arasında “Biz birlikdə bacararıq” devizi altında  foto-müsabiqə keçirir. Nazirlikdən bildirlib ki, müsabiqə 2020-ci ilin Yay Olimpiya oyunlarına namizəd olan Bakı şəhərinə dəstək çərçivəsində gerçəkləşir.  

Müsabiqədə I yer qalibi 400 manat, II yer qalibi 300 manat, III yer qalibi isə  2 nəfər  iştirakçı olmaqla  200 manat  pul mükafatı və diplomlarla  təltif olunacaq.

Təqdim olunan fotoşəkillər www.baku2020.com  saytında nümayiş olunacaq.

Fotoşəkillərin məzmununa gəldikdə isə onlar Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii  irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi  təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurları  əks etdirməlidir.

Müsabiqədə  iştirak etmək arzusunda olan  gənclər  fotoşəkilləri [email protected]  elektron ünvanına göndərə bilər.  Müsabiqənin şərtlərinə gəldikdə isə hər bir iştirakçı yalnız 5-dək  fotoşəkil təqdim edə bilər və təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Bununla yanaşı iştirakçılar özləri haqqında  məlumatları da  ( adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə etməlidirlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal